Haqqımızda

Haqqımızda

Haqqımızda

1996-cı ildə İstanbulda qurulan xarici ticarət şirkətimiz, 1997-ci ildə Bakıda "GÜMÜŞSUYU" adı altında ilk döşəmə örtükləri mağazasını açdı. Sərf etmədiyimiz iş prinsipləri və müştərilərimizin güvəni sayəsində qısa müddətdə sektorda ən tanınmış və etibarlı şirkətlərdən biri olduq.


2008-ci ildə "OTTOMAN by Enesco" markası ilə yoluna davam etməyə qərar verən şirkətimiz, müştərilərimizin tələbləri əsasında məhsul və xidmət çeşidini daimi olaraq genişləndirərək bu günki halını almışdır.


İndiyədək, ictimai qurumlar, otellər, iş mərkəzləri, məktəblər, idman zalları, konfrans zalları, banklar, restoranlar, əyləncə mərkəzləri, ofislər, villalar və evlər kimi bir çox layihəni, başlıca olaraq döşəmə örtükləri olmaqla, daxili və xarici dekorasiya işlərini müvəffəqiyyətlə tamamlamışıq. Hər layihədə, keyfiyyət və müştəri məmnuniyyətinə verdiyimiz önəmlə estetik və funksionallığı bir arada təqdim edən həllər yaratmışıq. Peşəkar komandamızla müştərilərimizin gözləntilərini aşan nəticələr əldə etmək üçün çalışırıq.


Şirkətimiz Türkiyə, Avropa Birliyi, BƏƏ, Ukrayna, Rusiya və Çin kimi müxtəlif ölkələrdən məhsul tədarük edərək, Bakının mərkəzindəki mağazası, geniş anbarı və mütəxəssis heyəti ilə 1997-ci ildən bəri müvəffəqiyyətlə xidmət göstərir. Layihənizə uyğun büdcəyə uyğun hər cür materialı dünyanın hər yerindən tədarük edərək, ən keyfiyyətli seçimlərlə sizin bəyənməyinizə təqdim edirik. Məqsədimiz, ehtiyaclarınıza ən uyğun həlləri ən qısa müddətdə və ən yüksək keyfiyyətlə təmin edərək layihələrinizin uğuruna töhfə verməkdir.


OTTOMAN olaraq, geniş məhsul çeşidimizlə hər cür döşəmə örtükləri və dekorasiya ehtiyaclarınıza cavab veririk. Məhsul çeşidimiz aşağıdakıları əhatə edir:


Kovrolit ve Plitə Kovrolit Məhsulları:

-Plitə kovrolit və Divardan Divara xalça (kovrolit): Müxtəlif rəng və naxış seçimləri ilə hər məkana uyğun həllər təqdim edir.

-Axminster kovrolit, Bukle kovrolit, Flok kovrolit, Uşaq  və Məscid kovrolitləri kimi xüsusi kovrolitləri növləri.


Vinil və Linolyum Döşəmə Örtükləri:

-Vinil Döşəmə: Homojen və heterojen vinil seçimləri ilə davamlı və estetik həllər.

-Linolyum Döşəmə: Sağlamlıq və hijyen tələb edən məkanlar üçün ideal.

-SPC və LVT Döşəmə: Yüksək davamlılıq və estetik təmin edən müasir döşəmə həlləri.


Taxta Döşəmə Örtükləri:

-Parket, Laminat, Laminə, Masif və Markuteri: Təbiqi taxta görünümü və davamlılıq təqdim edir.


Açıq Məkan Məhsulları:

-Deck və Kompozit Taxta Sistemləri: Açıq məkanlar üçün estetik və uzunömürlü həllər.

-Süni Çim: Peyzaj və idman sahələri üçün müxtəlif süni çim seçimləri.


Xüsusi Döşəmə Örtükləri:

-Yüksəldilmiş Döşəmə Sistemləri: Texniki sahələr və ofislər üçün ideal.

-Rezin Döşəmə və Tatami: İdman salonları və oyun sahələri üçün uyğun.


Ayaqalti və Aksesuarlar:

-Ayaqalti Sistemləri: Alüminium, hijyenik, loqolu və müxtəlif digər ayaqaltilar.

-Döşəmə Aksesuarları: Yapışdırıcılar, çıtalar, profillər və digər aksesuarlar.

Birlikdə İşlədiyimiz Şirkətlər

Xoşbəxt Müştərilər

Məhsulun Növü

Xidmət ili